media-8a4cfba47c923ecb48a5bae13b09c0cc_1400x850

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya dövlət informasiya agentliklərinin birinə verdiyi müsahibədə Estoniya və Litvadan olan bir neçə vəzifəli şəxsin Sovet abidələrinin dağıdılmasında iştirakına görə qiyabi ittiham olunduğunu bildirib.

ERAmedia xəbər verir ki, ölkənin baş istintaqçısı o adamların içində Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqı Diplomatik Xidmətinin rəhbəri Kaya Kallas da var.

Bastrıkin daha sonra konkret ölkələrin adlarını bu ardıcıllıqla sadalayıb: “Ukrayna, Litva, Latviya, Estoniya, Polşa, Almaniya, Bolqarıstan, Moldova, Çexiya, Avstriya, İsveçrə və digər ölkələrdə Sovet əsgərlərinin abidələrinin dağıdıldığını görürük. Bundan əlavə, bu Sovet abidə yerlərinin təxminən yarısı bu ölkələrdəki hökumət rəsmilərinin qərarı ilə dağıdılıb, qalanları isə rusofoblar və millətçilər tərəfindən zədələnib. Bu cür cinayətlər törətdiklərinə görə 255 xarici vətəndaş qiyabi ittiham olunub”.

Xatırladaq ki, 2025-ci il noyabrın 28-də Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Leonid Slutski Kallasın Rusiyanı mənfi şəkildə təsvir etmək istəyinin psixiatrik diaqnozla ifadə olduğunu bildirib.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər