media-01000000-0aff-0242-4863-08db3ffbbd4d_w1200_h630

Avropa Parlamentinin bəzi deputatları İranı dünya xəritəsində tapa bilməyiblər və ölkəni Türkiyə və Yaxın Şərqin digər dövlətləri ilə səhv salıblar.

ERAmedia xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.

Məlumata görə, mart ayının əvvəlində TMC televiziya kanalının Quotidien proqramının müxbiri Strasburqda Avropa Parlamentinin deputatları arasında sorğu keçirib. Jurnalist siyasətçilərə üzərində ölkə adları yazılmayan dünya xəritəsi təqdim edərək onlardan İranı göstərməyi xahiş edib.

Sorğu zamanı Fransanın Avropa məsələləri üzrə nümayəndə naziri İranın yerinə Hörmüz boğazını göstərib. Sosialist Partiyasından Avropa Parlamenti deputatı Emma Rafoviç İranı Bolqarıstanla səhv salıb, “Dirçəliş” partiyasından deputat Fabyenn Keller isə ölkəni Türkiyə kimi göstərib.

Nəşr yazır ki, “yaşıllar” fraksiyasından deputat Mari Tussen uzun tərəddüddən sonra Əfqanıstanı seçib. Həmin fraksiyanın digər üzvü David Korman isə İranı Səudiyyə Ərəbistanı kimi göstərib.

“İtaətsiz Fransa” partiyasının həmsədri Manon Obri isə jurnalistin sualına düzgün cavab verib. O, daha sonra “X” sosial media platformasında yazıb ki, əgər Avropa Parlamentində İranla bağlı ABŞ-ın mümkün hərbi əməliyyatları haqqında qərarlar qəbul etməli olmasaydı, bu səhvlər əslində gülməli görünə bilərdi.

“İndi bəzi deputatların niyə bu məsələdə ABŞ-ı qınamağa tərəddüd etdiyini daha yaxşı başa düşürəm”, – deyə Obri qeyd edib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər