Avstriyada bir cüt qar uçqunu nəticəsində 5 xizəkçi həlak olub
Avstriyanın Zaltsburq federal torpağında iki qar uçqununun baş verməsi nəticəsində beş xizəkçi həlak olub.
ERAmedia bu barədə Avstriyanın APA agentliyinə istinadən xəbər verir.
Birinci uçqun Bad-Hofqastayn kommunasında 2.2 min metr yüksəklikdə baş verib. Qar kütləsinin altında bir qadın xizəkçi qalıb. Xilasedicilər onu dağıntılar altından çıxarsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.
Təxminən saat yarım sonra Qrossartal vadisində ikinci uçqun baş verib və yeddi xizəkçi qarın altında qalıb. Onlardan dördü hadisə yerində həlak olub, iki nəfər xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Daha bir nəfər uçqundan xilas ola bilib.









