Bakıda ermənilərin qənimi qoçu Tərlan
Bakının qədim məhəllələrindən olan Dağlı, İçərişəhər və Sovetski ərazilərində yaşayan yaşlı insanlardan eşitdiyim bir şəhər əfsanəsi var. Ermənilərə şəhərdə göz açmağa imkan vermədiyi deyilən Tərlan Yusif oğlu barədə Sergey Yeseninin Bakı xatirələri ilə bağlı qeydlərində də məlumat olduğu iddia edilir.
Hadisələr 1887–1903-cü illərdə Bakıda baş verib. Şəhərin Qasımbəyov küçəsində (indiki Cəfər Cabbarlı küçəsi) 25 yaşlı Tərlan adlı bir gənc yaşayırdı. O, qubernatorun küçədə uşaqların üzərinə fayton sürdüyünü gördükdən sonra ona silahla hücum etmiş, buna görə həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Azadlığa çıxdıqdan sonra Tərlan Bakını ermənilərdən təmizləmək qərarına gəlir və ətrafına döyüşməyi, silah işlətməyi bacaran gəncləri toplayır. Tərlan və dəstəsi Bakı küçələrində erməniləri axtarır, onları fərq qoymadan öldürürdü. Ermənilərə dəstək vermək istəyən gürcü kriminal aləminin nümayəndələri də onların hədəfinə çevrilmişdi.
Tərlan ucaboy idi. Uzun bığ saxlayar, ayağına xrom çəkmələr geyərdi. Əynində ağ jilet, cibində zəncirli qızıl cib saatı gəzdirərdi. Başında qara qaragül papağı, qoynunda isə “Mauzer” tapançası olardı. Şokolad qoxulu maxorka çəkər, əlində iri təsbeh fırladardı.
XIX əsrin sonlarında Bakıda, Çar küçəsində fayton təkərlərinin təmiri üzrə baş usta işləyən 55 yaşlı erməni Aram Polyan yaşayırdı. Aramın yalnız ermənilərdən ibarət fəhlə dəstəsi vardı.
Aram və dostları işdən sonra tez-tez Qız qalasının yaxınlığındakı “Dadlı” meyxanasında şam edirdilər. Tərlan da öz dəstəsi ilə bir neçə dəfə ora baş çəkmişdi.
Tərlan Aramdan xərac tələb edir, lakin Aram pul ödəməkdən imtina edirdi. Uzun mübahisələrdən sonra Aramın cəsədi Zavokzalnı küçəsində tapıldı. O, başından güllə yarası almışdı. Bir qədər aralıda isə boğazı kəsilmiş 20 yaşlı Surenin meyiti uzanmışdı. Suren Aram Polyanın yaxın qohumu idi.
Ən qanlı hadisələrdən biri Tərlanın dəstəsi ilə Karen Barseqyanın oğru çevrəsi arasında baş verən qarşıdurma oldu. 29 yaşlı erməni Karen bundan əvvəl inkassatoru öldürdüyünə görə 8 il Sibir katorqasında cəza çəkmişdi. O, Bakının tanınmış saat ustası Qurgen Barseqyanın oğlu idi.
Karen var-dövlət içində böyümüşdü. Atasının imkanları sayəsində o, qısa müddətdə ətrafına yaxşı həyat axtarışında olan erməni gənclərini toplamışdı. Onlar Karenin sözündən çıxmırdılar.
Şöhrətpərəst və davakar Karen öz dəstəsi ilə birlikdə yalnız yəhudilərin işlədiyi zərgərlik emalatxanalarından xərac alırdı. Onun qızıl ustalarına qarşı həyata keçirdiyi bu basqınlar təxminən iki il — 1897-ci ildən 1899-cu ilə qədər davam etdi. Yəhudilər Karenə sakitcə pul ödəyir, o isə firavan həyat sürürdü. Hər üç aydan bir Karen yaxın dostu Qariklə birlikdə Soçi, Kislovodsk və Pyatiqorska istirahətə gedirdi.
Bir müddət sonra tanınmış yəhudilər Karenin adamlarından Tərlana şikayət etdilər. Tərlan bu dəstəni cəzalandırmaq qərarına gəldi.
1899-cu il mayın 17-də Bayıl qapılarının yaxınlığındakı sahildə Tərlanın dəstəsi ilə Karenin adamları arasında silahlı qarşıdurma baş verdi. Nəticədə 9 nəfər öldü, 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı. Karen gözündən dəyən güllə ilə öldürüldü. Tərlan və bir neçə tərəfdarı isə polis gələnə qədər qaçaraq gizlənə bildilər.
Yusif oğlu Tərlan 1903-cü ildə Xrebtovaya küçəsində öldürüldü. O, “Göbələk” ləqəbi ilə tanınırdı. (Çar polisi əməkdaşlarının Bakı qoçularına bu cür ləqəblər verməsi həmin dövrün şəhər folklorunda tez-tez rast gəlinən hallardan biri idi.) Tərlan qorodovoy Kasyanovun açdığı atəş nəticəsində həlak olmuşdu.
Deyilənə görə, Qafqazın müxtəlif bölgələrindən gəlmiş kriminal aləmin nümayəndələri Bakı küçələrinin nüfuzlu qoçusunu son mənzilə yola salmışdılar. Ölümündən bir il əvvəl Tərlan Suraxanıdakı qarşıdurmaların birində gözünü itirmişdi. Buna baxmayaraq, o, həkimə müraciət etməmişdi. Çıxarılmış gözünün yerinə qara sarğı bağlayır, pirat kimi gəzdiyi söylənirdi. Onu müayinə etmək və müalicə yazmaq istəyən həkimlərin xidmətindən qəti şəkildə imtina etmişdi.
Tərlanın yaxın dostu Mirtofiq onun məzarı başında belə demişdi:
“Tərlan deyirdi ki, ömrünü uzatmaq üçün həkimlərə müraciət edən insanları başa düşmürəm. Səni sağaltsınlar və sən də bu rəzil dünyada yaşamağa davam edəsən deyə həkimə pul ödəmək ən alçaq işdir. Həyat onu qorumağa dəyməz”.
Zaur Əliyev









