media-539261536_1312572776904439_1419709773816880683_n

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində ABŞ Prezidenti Donald Trampla əməkdaşlığın davam etdiriləcəyini bəyan edib.

ERAmedia xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı danışıb.

O bildirib ki, çıxış zamanı Suriya Prezidenti Əhməd əş-Şəraa ilə Suriyadakı son vəziyyəti də müzakirə edib.

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfərinin əhəmiyyətli olduğu da vurğulanıb. Bildirilib ki, bölgədə sülhün və sabitliyin qorunması istiqamətində ABŞ Prezidenti ilə əməkdaşlıq davam etdiriləcək.


media-adspc

Bənzər xəbərlər