media-6a56343852f406a56343852f4117840343606a56343852f3e6a56343852f3f

Belçikanın paytaxtı Brüsselin mərkəzində yenidənqurma işlərinin görüldüyü binada baş verən yanğın nəticəsində 5 nəfər həlak olub.

ERAmedia xəbər verir ki, hadisə nəticəsində bir nəfərin itkin düşdüyü bildirilir. Həlak olanların meyitləri yanğın söndürüldükdən sonra liftlərdən birində aşkarlanıb. Digər liftə giriş uzun müddət mümkün olmadığından əlavə qurbanların ola biləcəyi istisna edilmir.

Hadisə zamanı binada təxminən 250 inşaat işçisi olub. İki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğınla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər