media-samvel-karapetyan-pashnyan

“Güclü Ermənistan” bloku siyasi şurasının üzvü Narek Karapetyan video müraciətində özünə, həmçinin blokun lideri və əmisioğlu Samvel Karapetyana qarşı “şər böhtan atan qüvvələri məhkəməyə verəcəyi və məhkəmə qərarları ilə tutulan vəsaitləri Sevan Psixi Sağlamlıq Mərkəzinin ehtiyaclarına yönəldəcəyini” bildirir.

Həmin vəsaitlə “Mərkəzdəki palataların təmir ediləcəyi, həmçinin psixi problemləri olan insanlara pulsuz yerlərin veriləcəyi üçün proqramları olacağı, cavabdehlərin qeyri-sabit davranışları ilə cəmiyyətdəki insanları qorxutmamaları və vəzifə almayacaqlarının təmin ediləcəyi” deyilir.

ERAmedia xəbər verir ki, böyük ehtimalla, “psixi problemləri olan” şəxs, bir neçə gün əvvəl Narek Karapetyanın Rusiyanın vətəndaşı olduğunu və onun bu məlumatı Mərkəzi Seçki Komissiyasından gizlətdiyini Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 19-da öz Telegram kanalı üzərindən bildirmişdi.

Karapetyan, onun dediyinə görə, Rusiya vətəndaşlığına malik olması barədə aparılan genişmiqyaslı informasiya kampaniyasına cavab verib. O, belə faktların olmadığını vurğulayıb və yeganə vətəndaşlığının Ermənistan vətəndaşlığı olduğunu bəyan edib.

Karapetyan, həmçinin Samvel Karapetyanın guya Rusiyanın dövlət strukturlarında çalışması ilə (maraqlıdır, Narek Karapetyan, Samvel Karapetyanın hansısa strukturda çalışıb, çalışmamasını haradan bilir?) bağlı yayılan məlumatları növbəti dəfə təkzib edib. “Güclü Ermənistan” siyahısının birinci nömrəsi bu məlumatların həqiqətə uyğun olmadığını bildirib və bunu dezinformasiya kampaniyasının bir hissəsi adlandırıb.

Samvel Karapetyan isə mayın 19-da bu məlumatların yalan olduğunu bəyan edərək bu informasiyanı “Nikol Paşinyanın əl işi” adlandırmışdı.

Blokun mətbuat katibi Marianna Kaqramanyan da dezinformasiyaya görə “Vətəndaş Müqaviləsi” partiyasına qarşı iddiaların qaldırılacağı ilə bağlı xəbərdarlıq edərək vurğulayıb ki, “Güclü Ermənistan”da psixi pozuntuları olanlar və “qadınları sürükləyənlər” vəzifə əvəzinə gün ərzində keyfiyyətli müalicə və pulsuz dərmanlar alacaqlar. Vəkil və blokun nümayəndəsi Aram Vardevanyan vurğulayıb ki, yalan məlumatların yayılması cəmiyyətin diqqətini hakimiyyətin “rəzil davranışından” yayındırmaq üçün istifadə olunur.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər