Bu ölkəyə qarşı yeni sanksiya qərarı – Dövlət başçısı xəbərdarlıq etdi
ABŞ Dövlət katibi Marko Rubio Kuba hökumətinə qarşı yeni sanksiya qərarını yazılı açıqlama ilə elan edib.
ERAmedia-nın məlumatına görə, Rubio bildirib ki, Kuba xalqını təzyiq altında saxlamaqdan məsul olduğu iddia edilən hökumət rəsmiləri, hərbçilər və təhlükəsizlik orqanları ilə əlaqəli şəxslər sanksiya siyahısına daxil edilib.
Onun sözlərinə görə, “Kuba xalqını təzyiq altında saxlamaqdan məsul olan Kuba təhlükəsizlik qurumları ilə əlaqəli hökumət rəsmiləri və hərbçilər də daxil olmaqla 11 Kuba rejimi nümayəndəsi və 3 dövlət qurumu sanksiya siyahısına alınıb”.
Rubio Kuba “kommunist rejiminin yaratdığı” təcili milli təhlükəsizlik vəziyyətini yaxından izlədiklərini qeyd edib. O, ölkənin siyasi və iqtisadi vəziyyətinin yaxşı olmadığını iddia edərək, sanksiya siyahısına daxil edilən şəxslərin və qurumların Kubanı “xarici ölkələr tərəfindən istismara” açıq hala gətirdiyini bildirib və yeni sanksiyaların da gündəmdə olduğunu vurğulayıb.
ABŞ prezidenti Donald Trampın Kuba ilə bağlı açıqlamalarında İran məsələsindən sonra bu ölkəyə yönəldiyi və Kuba rəhbərliyi ilə danışıqlar aparılacağını bildirdiyi qeyd olunur. Tramp Kubanı “dağılmış dövlət” adlandıraraq, ölkədəki siyasi və iqtisadi problemlərin yalnız ABŞ tərəfindən həll edilə biləcəyini iddia edib.
Kuba prezidenti Migel Dias-Kanel isə ABŞ-nin ölkəsinə hərbi müdaxilə üçün “bəhanə axtardığını” deyib və belə bir halda bölgənin “qan gölünə çevriləcəyi” barədə xəbərdarlıq edib.
Vural









