“Cənab Zelenski, dünya bu bəsit klounlardan artıq bezib" - XİN rəhbəri
İran XİN rəhbəri Abbas Əraqçi Ukrayna prezidenti Volodimir Zelenskini sərt tənqid edib.
ERAmedia xəbər verir ki, Əraqçi bu barədə sosial şəbəkələrdə çıxış edib.
Əraqçinin sözlərinə görə, Zelenski “BMT Nizamnaməsini pozaraq guya qanunsuz təcavüzə qarşı mübarizə adı altında” ABŞ və Avropa vergi ödəyicilərinin vəsaitlərini talayır və bu pulları korrupsiyaya uğramış generallarının ciblərini doldurmaq üçün istifadə edir.
Nazir qeyd edib ki, eyni zamanda Zelenski açıq və çəkinmədən ABŞ-ı İran əleyhinə qanunsuz təcavüzə çağırır ki, bu da BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.
“Cənab Zelenski, dünya bu bəsit klounlardan artıq bezib. Xaricdən dəstəklənən və muzdlu döyüşçülərlə dolu ordunuzdan fərqli olaraq, biz, iranlılar özümüzü müdafiə etməyi bacarırıq və xaricilərdən kömək istəməyə ehtiyac duymuruq”, – deyə Abbas Əraqçi vurğulayıb.









