media-1750213082-2199

Çinin Xarici İşlər Nazirliyi öz vətəndaşlarına xarici təhlükəsizlik risklərinin çoxalması ilə əlaqədar İrana səfərdən çəkinməyi tövsiyə edib.

ERAmedia xəbər verir ki, XİN və Çinin Tehrandakı səfirliyi hazırda İranda olan Çin vətəndaşlarını ən qısa zamanda ölkəni tərk etməyə çağırıb. Nazirliyin açıqlamasında deyilir ki, Çinin İrandakı və qonşu ölkələrdəki səfirlikləri vətəndaşların təxliyəsi üçün lazımi dəstək göstərəcək.

Çinin Təl-Əvivdəki səfirliyi isə təhlükəsizlik xəbərdarlığı yayımlayaraq, Yaxın Şərqdəki risklərin daha da artması ilə əlaqədar İsraildəki Çin vətəndaşlarını ehtiyat tədbirlərini gücləndirməyə çağırıb. Səfirlik tövsiyə xarakterli açıqlamada Çin vətəndaşlarını hadisələri yaxından izləməyə və İsrail hakimiyyəti tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə, yüksək sayıqlığa riayət etməyə, ehtiyat və təcili tədbirləri gücləndirməyə və vacib olmayan səyahətlərdən çəkinməyə çağırıb.

Səfirlik, həmçinin Çin vətəndaşlarına təhlükəsizliklərini təmin etmək üçün yaxınlıqdakı bomba sığınacaqları və təxliyə yolları ilə tanış olmağı tövsiyə edib.


media-adspc

Bənzər xəbərlər