media-90975038_0_0_1600_901_1280x0_80_0_0_b161e6b2ca9bcee4d7ea316ea6d4ac31-jpg

Polisdən Ermənistan Respublikası İstintaq Komitəsinin Yerevan Şəhər İstintaq İdarəsinə daxil olan  məlumat əsasında cinayət işi qaldırılıb.

Bu il iyunun 7-də keçiriləcək növbəti parlament seçkilərində “Güclü Ermənistan” blokunun siyahısında 1-ci yerdə dayanan deputatlığa namizəd N.K. (Narek Karapetyan – redaktor), yalan məlumat verməyə görə qanunla nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq, xarici ölkə vətəndaşlığının olması barədə məlumatı qəsdən gizlətmişdir.

N.K. Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə yalan ərizə təqdim edərək başqa dövlətin vətəndaşı olmadığını qeyd etmiş, bununla da vəzifəli şəxs statusunun alınmasına mane olan xarici vətəndaşlığın mövcudluğu barədə məlumatı gizlətmişdir.

İstintaq idarəsindən mətbuata verilən məlumatda yazılır: “Məruzə əsasında Ermənistan Respublikası İstintaq Komitəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 449-cu maddəsinin 1-ci hissəsi (vəzifəli şəxs statusunun alınmasına və ya saxlanılmasına mane olan məlumatların gizlədilməsi) ilə cinayət işi başlanıb”.

Məlumatda “İlkin araşdırma aparılır”-deyə qeyd olunur.

ERAmedia xatırladır ki, Narek Karapetyan “Güclü Ermənistan” blokunun lideri, milyarder Samvel Karapetyanın yaxın qohumu və iş adamıdır.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər