media-9b6ccf5f-679a-3622-aa2d-d7fedcde0a37_825

Dünyada elektrik enerjisi yeni dövrə qədəm qoyub. Bu prosesdə bərpaolunan və nüvə enerjisinin rolu xüsusi əhəmiyyət kəsb edir və artıq strateji səviyyəyə yüksəlib.

ERAmedia xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.

O bildirib ki, Avropa ölkələrində nüvə enerjisi ciddi dönüş mərhələsinə qədəm qoyub, bir çox Avropa ölkəsində tənəzzül yaşayan nüvə sənayesi yenidən dirçəlməyə başlayıb.

Enerji bazarlarındakı transformasiyanın əhəmiyyətini vurğulayan Fatih Birol deyib: “Vacib minerallar yeni enerji nizamında mühüm rol oynayır. Avropa və dünyanın qarşılaşdığı iqtisadi çətinliklər məhz elektrik enerjisi baxımından həll olunur”.

 


media-adspc

Bənzər xəbərlər