media-17728999225564043107_1200x630

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak məqsədilə İstanbulda səfərdə olan təşkilat ölkələrinin XİN başçılarını qəbul edib.

ERAmedia xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yanaşı, müvafiq ölkələrin XİN rəhbərləri də iştirak ediblər.

Xatırladaq ki, İstanbulda Türkiyə XİN-in başçısı Hakan Fidanın sədrliyi ilə keçirilən toplantıda Türkiyə və dövr sədri olan Azərbaycanla yanaşı, üzv ölkələr Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunur.

İclasda təşkilat çərçivəsində son inkişaflar və qarşıdakı dövrdə atılacaq addımlar müzakirə edilir, aktual qlobal və regional məsələlər barədə geniş məsləhətləşmələr aparılır.

Tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri də keçirilir.


media-adspc

Bənzər xəbərlər