media-whatsapp-image-2026-04-20-at-09-08-48

Tarixlə bağlı mübahisələrdə vizual materiallar, xüsusilə xəritələr tez-tez əsas arqument kimi istifadə olunur. Lakin hər xəritənin mənbəyi, hazırlanma üsulu və etibarlılığı diqqətlə araşdırılmalıdır. Bəzən eyni coğrafiyanı əks etdirən iki fərqli xəritə arasında ciddi ziddiyyətlər ortaya çıxır. Bu cür hallarda obyektiv yanaşma və elmi mənbələrə əsaslanmaq xüsusi əhəmiyyət daşıyır.

ERAmedia tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin bu mövzuda məqaləsini təqdim edir:

Baxın, mən sizə iki eyni görünən xəritə təqdim edirəm. Diqqətlə baxın və müqayisə edin. İddia olunur ki, bu xəritələr üzərində müəyyən manipulyasiyalar edilib və bu, tarixə fərqli yanaşmaların yaranmasına səbəb olub. Bəzi tədqiqatçılar belə halların dəfələrlə ifşa edildiyini bildirirlər.

Birinci xəritə – sarı rəngli olan. Bu xəritədə heç bir “Armeni” yazısı yoxdur. Orada nə var? İberi, Albani və onların cənubunda “Sacaseni” və “Caspi” tayfaları qeyd olunub. Diqqət yetirin: Albaniya ərazisində “Sakaseni” adı yazılıb. Bu, bəzi tarixçilərə görə, həmin bölgədə qədim sak-skif tayfalarının yaşadığını göstərir.

İkinci xəritə – ağ-qara olan. Burada eyni əraziyə, yəni İberi və Albaniyanın cənubuna, Araz çayının aşağı hissəsinə “Armeni” sözü əlavə edilib. Bu fərq suallar doğurur: bu ad sonradan əlavə olunub, yoxsa fərqli mənbəyə əsaslanır?

İndi isə məsələni araşdıraq.

Birinci xəritənin Strabonun “Coğrafiya” əsərindəki təsvirlər əsasında XIX–XX əsrlərdə hazırlanmış rekonstruksiya olduğu qeyd olunur. Alimlər Strabonun mətnlərini təhlil edərək onları vizual formaya salıblar.

İkinci xəritədə isə “Armeni” sözünün şrifti, ölçüsü və yerləşməsi digər adlardan fərqlənir. Digər toponimlər eyni üslubda və maili şəkildə yazıldığı halda, bu söz daha qalın və fərqli istiqamətdə təqdim olunub. Bu da bəzi müşahidəçilərə görə, sonradan əlavə edilmə ehtimalını artırır.

Bundan əlavə, şəkil böyüdüldükdə “Armeni” sözünün ətrafındakı piksel strukturu da fərqli görünür. Bu isə rəqəmsal müdaxilə ehtimalını gündəmə gətirir.

Xəritədəki digər adlar – Albani, Iberi, Siraces, Utii, Caspi, Legae – Strabonun XI kitabında təsvir etdiyi coğrafiya ilə uyğunluq təşkil edir. XIX əsr Avropa alimləri bu məlumatlara əsaslanaraq xəritələr tərtib etmiş və onları elmi dövriyyəyə daxil etmişlər.

Lakin ikinci xəritədəki “Armeni” yazısının həm vizual, həm də coğrafi baxımdan uyğunluğu mübahisə mövzusu olaraq qalır. Bəzi mütəxəssislər bunu sonradan edilmiş əlavə kimi qiymətləndirir, digərləri isə fərqli mənbələrin mövcudluğunu mümkün sayır.

Qeyd edək ki, Strabonun əsərlərinin H.G. Bohn nəşriyyatı tərəfindən XIX əsrdə çap olunmuş ingilisdilli versiyaları akademik mühitdə geniş istifadə olunur. Sarı rəngli xəritənin məhz bu nəşrlərə əsaslandığı bildirilir. Ağ-qara versiyanın isə mənşəyi ilə bağlı suallar qalmaqdadır.

Vural

media-whatsapp-image-2026-04-20-at-09-08-57


media-adspc

Bənzər xəbərlər