Fransa bu bölgəyə qoşun göndərəcək
Fransa NATO-nun Danimarkanın təşkilatçılığı ilə Qrenlandiyada keçiriləcək birgə hərbi təlimlərində iştirak etməyə hazır olduğunu açıqlayıb. Artıq ilk fransız hərbi bölmələri təlimlərin keçiriləcəyi əraziyə yola düşüb.
ERAmedia xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində paylaşım edib.
Makronun sözlərinə görə, əməliyyat “Arktik dözümlülük” adlanır və məqsəd NATO müttəfiqləri ilə əməkdaşlığı gücləndirmək, eyni zamanda Arktika bölgəsində təhlükəsizliyi təmin etməkdir.
Makron bildirib ki, ilk bölmələrdən sonra əlavə hərbi kontingentlərin də bölgəyə göndərilməsi planlaşdırılır. Bu isə müxtəlif iqlim və taktiki şəraitdə kompleks təlimlərin keçirilməsinə imkan verəcək.
Fransa tərəfi qeyd edir ki, bu cür təlimlər alyans daxilində qarşılıqlı fəaliyyətin artırılması və regional sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Əli Fərhad









