media-green-card-benefits-explained-jpg

ABŞ-də öz immiqrasiya statusunu dəyişərək “Green Card” almaq istəyən əcnəbilər bunu artıq ölkə xaricində, ABŞ Dövlət Departamenti vasitəsilə həyata keçirməli olacaqlar.

ERAmedia xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin iş qeydlərinə istinadən “Reuters” agentliyi yayıb.

“ABŞ-də müvəqqəti olan və “Green Card” almaq istəyən əcnəbi müraciət etmək üçün öz ölkəsinə qayıtmalıdır”, – deyə məlumatda vurğulanıb.

Bununla belə, yeni qaydaların tam tətbiq mexanizmi, eləcə də hansı kateqoriyaların istisna olacağı qeyd olunmayıb.

 


media-adspc

Bənzər xəbərlər