media-17838399801076016933_1200x630

Gürcüstan ərazisində yağan güclü leysan yağışları ciddi problemlər yaradıb.

ERAmedia xəbər verir ki, ən böyük ziyan Telavi bələdiyyəsinə dəyib.

Yağan güclü yağış nəticəsində Telavi dərəsində suyun səviyyəsi qalxıb və dərə yatağı daşıb. Güclü sel nəticəsində Kavkasioni və Alazani prospektlərinin bəzi hissələri su altında qalıb.

Binaların birinci mərtəbələrini, ticarət məkanlarını su basıb. Avtomobillərə ziyan dəyib. Elektrik xətləri sıradan çıxıb.


media-adspc

Bənzər xəbərlər