Hindistan İran gəmisinə sığınacaq verdi
Hindistan İranın IRIS Lavan hərbi gəmisinin öz limanında lövbər salmasına icazə verib.
ERAmedia Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə Hindistan rəsmiləri məlumat yayıb.
Məlumata görə, İran fevralın 28-də Hindistandan gəminin təcili qəbul edilməsini xahiş edib və bu tələb martın 1-də təsdiqlənib. Gəmi martın 4-dən etibarən Koçin limanında yerləşir.
Bloomberg mənbəsinin sözlərinə görə, gəminin 183 nəfərlik heyət üzvü yerli hərbi bazalarda yerləşdirilib. Hindistan Xarici İşlər Nazirliyi isə gəminin limana buraxılmasını humanitar addım kimi qiymətləndirib.









