media-_118783807_d46ff476-316c-4dc6-ac82-42ef03ae0bf2

İsveç və Hindistan Veneraya birgə kosmik missiya hazırlayır. Bu, alimlərə Günəş sisteminin ən böyük sirlərindən birini – bir vaxtlar Yerə bənzəyən Veneranın niyə cansız bir planetə çevrildiyini həll etməyə kömək edə bilər.

ERAmedia  xəbər verir ki, Hindistan kosmik agentliyi ISRO 2028-ci ildə pilotsuz Venera orbit missiyasını buraxmağı planlaşdırır. Layihədə Kirunadakı IRF Kosmik Fizika İnstitutunun isveçli tədqiqatçıları da iştirak edirlər. Zond İsveçdə hazırlanmış elmi cihaz olan Venera neytral analizatorunu daşıyacaq.

Alimlər hesab edirlər ki, Yerdəki kimi, Venerada da milyardlarla il əvvəl okeanlar mövcud ola bilərdi. Lakin zaman keçdikcə, planet bütün su hövzələrini itirib və onun atmosferi Yer kürəsindən təxminən 100 dəfə sıxlaşıb. Yeni cihaz Veneranın atmosferinin kosmos və Günəş küləyi ilə qarşılıqlı təsirini öyrənəcək. Tədqiqatçılar ümid edirlər ki, bu, bir vaxtlar “əkiz” hesab edilən iki planetin niyə bu qədər fərqli təkamül etdiyini anlamağa kömək edəcək.

Kosmik Fizika İnstitutunun professoru Stas Barabaşın sözlərinə görə, Venerada suyun yox olmasının səbəblərindən biri Yer kürəsini Günəş radiasiyasından qoruyan öz maqnit sahəsinin olmaması ilə bağlı ola bilər.

Bu, İsveç alimləri üçün Veneraya ilk missiya deyil. IRF əvvəllər Avropa Kosmik Agentliyinin 2006-cı ildən 2014-cü ilə qədər planetin ətrafında fırlanan “Venus Exspress” layihəsində iştirak edib. Həmin missiyanın məlumatları hələ də elmi tədqiqatlarda istifadə olunur.


media-adspc

Bənzər xəbərlər