media-1785000674_1784545089565569638_1200x630

Hindistanın təhsil naziri Dharmendra Pradhan ölkə boyu həftələrlə davam edən gənclərin etiraz aksiyalarından sonra vəzifəsindən ayrılıb.

ERAmedia “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar may ayında keçirilən ali məktəblərə qəbul imtahanında sualların əvvəlcədən sızdırılması və təhsil sistemindəki problemlərlə əlaqədar nazirin istefasını tələb edirdilər.

Bildirilir ki, hökumət etirazçıların əsas tələblərini qəbul etdikdən sonra aksiyaların təşkilatçıları etirazların dayandırıldığını elan ediblər.

Hökumət, həmçinin qəbul imtahanı sistemində islahatların həyata keçiriləcəyini, etirazçılar barəsində açılmış işlərə xitam veriləcəyini və zərərçəkmiş ailələrə kompensasiya ödəniləcəyini açıqlayıb.


media-adspc

Bənzər xəbərlər