Hörmüzü nəzarətə götürüb qoruyucu mələkləri olacağıq - Tramp
“ABŞ Hörmüz boğazını öz nəzarətinə götürür”.
ERAmedia xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz boğaz üzərində nəzarəti öz üzərimizə götürürük və onu idarə edəcəyik. Biz boğazın keşikçiləri, qoruyucu mələkləri olacağıq. Bunun üçün bizə kompensasiya ödənilməlidir”, – dövlət başçısı deyib.
Tramp həmçinin İran tərəfini əldə olunmuş razılaşmaları pozmaqda ittiham edib.
“Onlar hər zaman razılaşmaları pozurlar. Bu insanlarla 10 razılaşmamız olub, ona görə də biz sadəcə onlara çox sərt zərbə vuracağıq”, – Prezident əlavə edib.










