İlk zərbə Xameneinin ofisinin ətrafına etdirilib
Bu gün İsrail İrana qabaqlayıcı zərbə endirib.
ERAmedia xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, ilk zərbə İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneinin ofisi yaxınlığında baş verib.
Adı açıqlanmayan mənbənin “Reuters”a verdiyi məlumata görə isə Xamenei Tehranda deyil və hücum zamanı təhlükəsiz yerə təxliyə edilib.
Qeyd edək ki, “New York Times” rəsmi mənbələrə istinadən İrana hücumda ABŞ-nin də iştirak etdiyini yazıb.










