İran bu ölkə ilə hava məkanını bağladı
Yaxın Şərqdə vəziyyətin kəskin gərginləşməsi fonunda İran hakimiyyəti İraq tərəfdən gələn aviareyslər üçün hava məkanını bağlayıb. Eyni zamanda Böyük Britaniya çərşənbə günü Tehrandan diplomatik personalını təxliyə etmək qərarı verib.
ERAmedia xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, İran İraq istiqamətindən daxil olan uçuşlar üçün öz hava məkanından istifadəni məhdudlaşdırıb.
Qərar mülki aviasiya üçün risklərin artması və regionda mümkün hərbi eskalasiya ilə bağlı xəbərlərin yayılması fonunda qəbul edilib.
Hava məkanının bağlanması qabaqlayıcı təhlükəsizlik tədbiri kimi qiymətləndirilir və bu dəhlizdən tranzit məqsədilə istifadə edən beynəlxalq aviaşirkətlərin marşrutlarına təsir göstərə bilər.
Əli Fərhad










