İran qərarını verdi – Ələ keçirilən düşmən gəmilərinə görün, nə edəcəklər
İran Basra körfəzində ələ keçirdiyi ABŞ və İsrailə məxsus kommersiya gəmilərini satışa çıxarmaq qərarına gəlib.
ERAmedia xəbər verir ki, İran Məhkəmə Hakimiyyətinin yüksək vəzifəli rəsmisi Həsən Əbdülianpur satışdan əldə olunacaq gəlirin müharibədə həyatını itirən şəxslərin ailələrinə və zərərçəkənlərə ödəniləcəyini açıqlayıb.
Məhkəmə Hakimiyyətinə bağlı “Mizan” xəbər agentliyinin məlumatına görə, Məhkəmə Vəkilləri Mərkəzinin rəhbəri Əbdülianpur İran tərəfindən ələ keçirilən ABŞ və İsrail gəmilərinin “satılacağını” bildirib.
Əbdülianpurun sözlərinə görə, Hörmüz boğazı və Basra körfəzində bir sıra Amerika və İsrail gəmisi məhkəmə qərarları əsasında ələ keçirilib.
O qeyd edib ki, həmin gəmilərin satışından əldə ediləcək vəsait son müharibədə zərər çəkən ailələrin və şəxslərin itkilərinin qarşılanmasına yönəldiləcək.
Əbdülianpur ABŞ-ın hücumları nəticəsində Hörmüzqan əyalətində və ətraf ərazilərdə yaranan zərərin müəyyənləşdirilməsi üçün ekspertlərin araşdırmalara başladığını bildirib.
Onun sözlərinə görə, indiyədək Kişm, Bəndər Lenqə və Çabahar bölgələrində 537 zərərçəkmiş halı müəyyən edilib və bununla bağlı Tehran İnqilab Məhkəməsində 100-dən çox iddia qaldırılıb.
Əbdülianpur maddi və mənəvi təzminat tələblərinin Tehrandakı Beynəlxalq Ədalət Məhkəməsinin 55-ci şöbəsinin hüquq departamentində araşdırıldığını deyib.
O, məhkəmə iclaslarının qarşıdakı həftələrdə növbə ilə keçiriləcəyini bildirib.
Vüsalə










