media-15867185136427050916_1200x630

Təbrizdə “Qlobal” adı ilə tanınan iş üzrə zərər çəkmiş bir qrup investor etiraz aksiyası keçirib.

ERAmedia xəbər verir ki, aksiya iştirakçıları uzun müddətdir həllini gözləyən maliyyə məsələlərinə diqqət çəkərək, sərmayə qoyduqları vəsaitlərin taleyi barədə rəsmi və konkret məlumat verilməsini tələb ediblər.

İnvestorların sözlərinə görə, hadisədən sonra xeyli müddət keçməsinə baxmayaraq, onların maliyyə tələbləri ilə bağlı gözlənilən nəticə əldə olunmayıb. Zərərçəkənlər aidiyyəti qurumların məsələni aydınlaşdırmasını və itirilmiş vəsaitlərin geri qaytarılması istiqamətində konkret addımlar atılmasını istəyirlər.

Etirazçılar bildiriblər ki, problemin uzun müddət həllsiz qalması onların narahatlığını daha da artırıb. Onlar məsələ ilə bağlı məsul şəxslərdən açıqlama və gələcək addımlar barədə aydın yol xəritəsi tələb ediblər.

Aksiya zamanı əsas tələblərdən biri də investorların vəsaitlərinin hüquqi statusunun müəyyənləşdirilməsi və zərərçəkənlərin müraciətlərinə rəsmi cavab verilməsi olub.

Vüsalə


media-adspc

Bənzər xəbərlər