İran şahının oğlu bu ölkələrlə bağlı vədlər verdi
İran 28şahının oğlu Rza Pəhləvi dünən Trampa yaxın senatorlardan biri olan Lindsi Qremlə görüşdən sonra verdiyi açıqlamada İranın gələcək xarici və təhlükəsizlik siyasətini əhatə edən bir sıra konkret planlarını təqdim edib.
ERAmedia-nın məlumatına görə, Rza Pəhləvi çıxışında bildirib ki, ölkənin hərbi nüvə proqramı dayandırılacaq və terrorçu qruplara dəstək dərhal sonlandırılacaq. O, həmçinin qeyd edib ki, İran regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edərək terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik alveri və ekstremist islamizmlə mübarizə aparacaq.
Diplomatiya sahəsində isə Pəhləvi ABŞ-la münasibətlərin normallaşdırılacağını vurğulayıb. “Amerika ilə xalqımız arasında dostluq bərpa ediləcək”, – deyə …










