media-screenshot_5

İranın kəşfiyyatı ABŞ–İsrail ittifaqı adına işlədiyi iddia olunan və “Iran International” peyk kanalına məlumat ötürdüyü bildirilən 18 media əməkdaşını saxlayıb.

ERAmedia xəbər verir ki, əməliyyat zamanı hücuma məruz qalan məkanların və xilasetmə qruplarının görüntülərini xarici qüvvələrə ötürən casusluq şəbəkəsinin fəaliyyət göstərdiyi müəyyən edilib. Rəsmilər daha 21 nəfər barəsində hüquqi prosedurların başladıldığını açıqlayıb.

İran rəsmiləri bildiriblər ki, saxlanılan şəxslər İsraillə əlaqədə olmaqda ittiham edilən “Iran International” peyk xəbər kanalına məlumat ötürməkdə şübhəli bilinir.

Dövlət televiziyası Press TV-nin məlumatına görə, İran Kəşfiyyat Nazirliyi saxlanılan şəxslərin ölkədə bombalanan ərazilərin, həmçinin təcili yardım və xilasetmə qruplarının yerləşdiyi məntəqələrin fotoşəkillərini həmin kanala göndərdiyini açıqlayıb.

Xəbərdə qeyd olunub ki, daha azı 21 nəfər barəsində də hüquqi araşdırma aparılır.

Bundan əvvəl yayılan açıqlamalarda İran rəsmilərinin ölkənin “düşmənləri” ilə məlumat paylaşdığı iddiası ilə ən azı 500 nəfəri saxladığı bildirilib.

Əli  Fərhad


media-adspc

Bənzər xəbərlər