media-1767957057547614567_1200x630

Hadisələrin gedişatı göstərir ki, İran Prezidenti Məsud Peşezkian vəziyyətə nəzarəti tam itirib.

Bunu ERAmedia-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Siyasi şərhçi qeyd edib ki, Pezeşkianın etirazın ilk günlərində “dialoq quraq” və “etirazçılara atəş açmayın” çağırışlarını eşidən olmadı.

“İslam Keşikçiləri Koprusu (SEPAH) öz bildiyini edir, əmr ali dini lider və azğınlaşmış generallardan gəlir. Onların itirəcəyi heç nə yoxdur, ona görə “öldür” əmri veriblər. qətliamın miqyası genişlənib”, – deyə o əlavə edib.

O vurğulayıb ki, Məsud Pezeşkianın yeni açıqlamasının da əhəmiyyəti yoxdur:

“O yenə deyib ki, vətəndaşların dinc şəkildə etiraz etmək hüququ var və hökumət xalqın səsini dinləməyə hazırdır. Pezeşkian bunun ardınca, “eyni zamanda zorakılıq və iğtişaşların qəbuledilməzdir və bu cür hallara qarşı sərt tədbirlər görüləcək”.

İnsanlara atəş açanlar dinc etirazçılarla iğtişaşçılar arasında fərq qoymur, ölənlər arasında hər ikisi var. Dialoq imkanları tükənib, növbədə xarici müdaxilədir”.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər