media-3404198

İranın Hörmüz boğazındakı dəniz hərəkətini idarə etmək məqsədilə yaratdığı Fars Körfəzi Boğaz İdarəsi (PGSA) “qara siyahı”nı genişləndirdiyini açıqlayıb.

ERAmedia xəbər verir ki, qurumun internet saytında yayımlanan açıqlamaya görə, İranın müəyyən etdiyi naviqasiya protokollarına əməl etmədiyi iddia olunan daha 11 gəmi siyahıya əlavə edilib.

PGSA qara siyahıda olan gəmilərin Hörmüz boğazından yenidən keçməyə cəhd göstərməsi halında müxtəlif sanksiyalarla üzləşəcəyini bildirib.

Açıqlamada qeyd olunub ki, “Hörmüz boğazı ilə bağlı İran protokollarını pozan gəmilər gələcək keçidlərində cərimə, saxlanılma və ya müsadirə də daxil olmaqla məhdudiyyətlərlə üzləşəcəklər”.

Bildirilib ki, siyahıda yer alan gəmilərlə əməkdaşlıq edən digər dəniz nəqliyyatı vasitələri də qara siyahıya salına bilər.

İranın sentyabrın 2-nə olan məlumata görə qara siyahıya aldığı gəmilər arasında LNG, LPG və xam neft tankerləri də var.

Siyahıda Birləşmiş Ərəb Əmirliklərində yerləşən “ADNOC Logistics”, şirkətin törəmə müəssisəsi “Navig8” və Səudiyyə Ərəbistanında yerləşən Bahri ilə əlaqəli gəmilərin olduğu bildirilir. Çinlə əlaqəli iki gəminin də qara siyahıya salınması diqqət çəkib.

İran daha əvvəl, avqustun 24-də “naviqasiya qaydalarını pozduqları” səbəbilə 45 tankeri siyahıya əlavə etdiyini açıqlamışdı.

Tehran administrasiyası ABŞ və İsrailin fevralın 28-də həyata keçirdiyi hücumlardan sonra başlayan müharibə zamanı Hörmüz boğazından keçidlərə böyük ölçüdə məhdudiyyətlər tətbiq edib.

İran və ABŞ arasında iyunun 17-də anlaşma memorandumu imzalandıqdan sonra dəniz nəqliyyatına yenidən icazə verilib. Lakin memorandumun icrası ilə bağlı fikir ayrılıqları səbəbindən döyüşlərin iyulun 8-də yenidən başlamasından sonra İran iyulun 12-də boğazı təkrar bağlayıb.

Vural


media-adspc

Bənzər xəbərlər