media-1769078236314512151_1200x630

Suriyanın şimal şərqində saxlanılan İŞİD terror təşkilatından olan məhbusların İraqa aparılması prosesi başlanıb.

ERAmedia xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Komandanlığı elan edib.

Qeyd olunub ki, Suriyanın Həsəkə rayonunda saxlanılan 150 məhbus İraqda təhlükəsiz yerə köçürülüb. Bu çərçivədə ümumilikdə 7 minə yaxın İŞİD-dən olan məhbusun İraqa aparılması planlaşdırılır.

Suriyanın Daxili İşlər Nazirliyi bu yaxınlarda bildirib ki, qeyri-qanuni silahlı birləşmə olan Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatından olan bir neçə məhbusu və onların ailələrini Həsəkə rayonunun şərqindəki Əl-Haul düşərgəsindəki həbsxanadan azad edib. Suriya bu addımı Suriyanın terrora qarşı mübarizədə fəaliyyətinə kölgə salmaq cəhdi kimi qiymətləndirib.


media-adspc

Bənzər xəbərlər