Keti Zakariya Ağ Evin yeni mətbuat katibi oldu
ABŞ Prezidenti Donald Tramp Keti Zakariyanı Ağ Evin yeni mətbuat katibi təyin etdiyini açıqlayıb.
ERAmedia xəbər verir ki, Tramp bu barədə “Truth” sosial hesabında paylaşım edib.
Keti Zakariya hazırda “Tramp Media və Texnologiya Qrupu”nun kommunikasiya məsələləri üzrə baş müşaviri vəzifəsində çalışır.
“Əminəm ki, Keti Ağ Evin növbəti mətbuat katibi kimi ölkəmiz üçün yüksək nəticələr göstərəcək, media, Amerika xalqı və administrasiyamla uğurla əməkdaşlıq edəcək”, – deyə Tramp bildirib.
Zakariya avqustda administrasiyadan ayrılan Kerolin Livitti əvəz edəcək.









