Ukrayna ilə sülh danışıqlarının perspektivi yoxdur - Peskov
Kreml ABŞ dövlət katibi Marko Rubionun Ukrayna ilə sülh danışıqlarının perspektivinin olmadığı barədə fikri ilə razılaşıb.
ERAmedia xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Vladimir Putinlə Donald Tramp arasında danışıq yaxın vaxtlarda baş tutacaq.
O qeyd edib ki, Stiv Uitkoff və Cared Kuşner ABŞ-da Ukrayna nümayəndələri ilə aparılan danışıqların nəticələrini bölüşmək istəsələr, Moskvada onları məmnuniyyətlə qəbul edəcəklər.
Kremlin sözçüsü onların oktyabrda Rusiyaya səfərinin baş tutub-tutmayacağının hələ məlum olmadığını bildirib.
Peskov əlavə edib ki, amerikalı danışıqlar iştirakçıları Moskvada hər zaman məmnuniyyətlə qarşılanır və Putin onlarla görüşməyə şaddır.









