media-1791536763343822446ac8ae7b3a5d5

Cənubi Amerika ölkəsi Peruda keçirilən bələdiyyə seçkilərinin nəticəsi dünya gündəminə düşüb.

ERAmedia xəbər verir ki, Queropalca qəsəbəsində keçirilən bələdiyyə sədri seçkilərində Hitler Mussolini Simeón Flores adlı namizəd qalib gəlib.

De Telegraaf nəşrinin məlumatına görə, Flores 229 səs toplayaraq səslərin 34,5 faizini qazanıb.

Onun ən yaxın rəqibi Gaspar Benilde Osorio Zambrano isə təxminən 4 faiz fərqlə geri qalıb.

Flores seçkilərdə sosial-demokrat və mərkəz-sol siyasi xəttə malik Ahora Nación partiyasının namizədi kimi iştirak edib.

Adolf Hitler və Benito Mussolini ilə eyni adları daşıyan siyasətçinin onların ideologiyalarından xeyli fərqli siyasi mövqedə olması isə diqqət çəkən məqamlardan biridir.

Vural


media-adspc

Bənzər xəbərlər