Edamla ölməyən məhbusdan xəbər var
ABŞ-ın Tennessi ştatında sentyabrın 30-da ona iki doza ölümcül dərman verilməsinə baxmayaraq sağ qalan ölümə məhkum edilmiş Christa Pike-ın səhhətinin yaxşılaşdığı bildirilir.
ERAmedia xəbər verir ki, Pike yenidən yeriməyə və yemək yeməyə başlayıb.
Pikenin vəkilləri yaydıqları açıqlamada xəstəxanada müalicəsi davam edən məhbusun kömək vasitəsilə yeriməyə başladığını və ilk dəfə yemək yeyə bildiyini bildiriblər.
Açıqlamada qeyd olunub: “Fiziki sağalması qeyri-adi olsa da, yaşadığı hadisənin uzunmüddətli təsirləri ilə bağlı hələ də ciddi suallar qalır. Christa uğursuz edam cəhdindən sağ çıxmağın yaratdığı dərin psixoloji travmanın öhdəsindən gəlməyə çalışır. Buraya öləcəyinə inanmağın doğurduğu dəhşət, ağrı və qeyri-müəyyənlik də daxildir”.
Tennessi ştatının qubernatoru Bill Liyə Pikenin ölüm hökmünün ömürlük həbslə əvəz edilməsi çağırışının edildiyi açıqlamada “(Pike) daha bir edam cəhdinə məruz qalmamalıdır” fikri səsləndirilib.
Pike 1995-ci ildə, 18 yaşında olarkən sinif yoldaşı Colleen Slemmeri öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.
Edam hökmünün icrası üçün sentyabrın 30-da Pikeyə iki doza dərman verilsə də, onun ürəyi dayanmayıb. Bundan sonra Pike həbsxanadan kənarda yerləşən tibb müəssisəsinə köçürülüb.
Tennessi ştatının qubernatoru Bill Li hadisənin araşdırılması barədə göstəriş verib. Araşdırma müddətində ştatda ilin qalan hissəsi üçün planlaşdırılan edam hökmlərinin icrası da dayandırılıb.
Mələk Onur










