media-tramp-iran

ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İrana qarşı heç bir hücum həyata keçirilməyəcəyini açıqlamasından sonra ABŞ ordusunun İrana zərbə endirmək variantlarını nəzərdən keçirdiyi iddia olunub.

ERAmedia xəbər verir ki, “The New York Times” (NYT) qəzetinin adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ ordusuna məxsus üç aviadaşıyıcı gəminin Yaxın Şərqə çatmaq üzrə olduğu bildirilib.

Məlumata görə, Trampın göstərişləri əsasında ABŞ ordusu İranın pilotsuz uçuş aparatları və raket arsenalına, enerji obyektlərinə, eləcə də digər hərbi hədəflərinə zərbələr endirmək üçün planlar hazırlayıb.

Təxminən üç gün davam edəcəyi iddia olunan hücumlar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun komanda mərkəzləri və qərargahlarının da hədəfə alına biləcəyi irəli sürülüb.

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərə qədər İrana qarşı hər hansı hücum həyata keçirməyəcəklərini açıqlamışdı.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər