Ktriç Nersisyan məhkəmədə cavab verəcək
Gevorq Saroyan Masiatsotn yeparxiyasının rəhbəri vəzifəsindən azad edilməsi qərarının etibarsız hesab edilməsi və yenidən işə bərpa edilməsi tələbi ilə iddia qaldırıb.
ERAmedia-nın “DataLex” məhkəmə informasiya sisteminə istinadla verdiyi xəbərə görə, iddia dünən Armavir Regional Birinci İnstansiya Məhkəməsində qaldırılıb və hakim Edqar Ovannisyanın icraatına verilib.
Xatırladaq ki, Ali Patriarx və Bütün Ermənilərin Katolikosun Patriarxal sərəncamı ilə Masiatsotn yeparxiyasının rəhbəri, yepiskop Gevorq Saroyan yeparxiyanın primatı vəzifəsindən azad edilib. Qərarın əsasları “vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifələrin lazımınca yerinə yetirilməməsi və yeparxiyanın ruhanilərinə qarşı təzyiq və zorakılıq tətbiq edilməsi” olub.
Eyni sərəncanla arximandrit Ruben Zarqaryan Masiatsotn yeparxiyasının rəhbəri vəzifəsini icra edən təyin olunub.
Ural Dəyirmançı









