media-17888044762505558162_1200x630

Mingəçevirdə güclü külək yaşıllıqlara zərər vurub.

ERAmedia xəbər verir ki, külək şəhər ərazisindəki 17 ağacı sındırıb. Mənzillərə və avtomobillərə ziyan dəyməyib, xəsarət alan olmayıb.

Şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən ağacların qırıntıları ərazidən yığışdırılıb.

Güclü külək şəhərin bəzi yerlərində elektrik enerjisinin verilişində də fasilələrə səbəb olub. Hazırda enerji verilişi bərpa edilib. Şəhərdə küləkli hava şəraiti davam edir.


media-adspc

Bənzər xəbərlər