media-hq720
media-bant_master

Əziz oxucular!
Bu gündən başlayaraq ERAmedia portalı zövqünüzu nəzərə alıb Sizə tez-tez maraql, dadlı və ləzzətli yemək peseptləri təqdim edəcək. 

Dadlı yeməklər haqqında danışarkən, Azərbaycan mətbəxinin zənginliyindən tutmuş dünya mətbəxlərinin fərqli dadlarına qədər geniş bir mətbəx imkanları nəzərdə tutulur. Bu, həm ənənəvi plovlar, dolmalar, kabablar, həm də müxtəlif millətlərə məxsus, lakin yeni nəsl nümayəndələri tərəfindən daha çox sevilən lahmacun, pizza, pasta və s. kimi yeməkləri əhatə edir.

Əziz oxucular!
Bu yeməkləri daha dadlı, daha ləzzətli, zövqünüzə uyğun daha tamlı hazırlamaq üçün “Dadlı tam ilə” rubrikasını izləyin və Azərbaycan mətbəxinin zənginliyindən tutmuş dünya mətbəxlərinin fərqli dadlarını evinizə gətirin.

  • DADLI TAM İLƏ

Xəmiri üçün:
450 q un
200 ml ilıq su
1 yemək qaşığı duru yağ
1 çay qaşığı duz
1 çay qaşığı şəkər
1 çay qaşığı quru maya

İçlik üçün:
300 q çəkilmiş mal əti
1 baş soğan (rəndələnmiş)
2 pomidor (rəndələnmiş)
1 yaşıl bibər (xırda doğranmış)
1 dəstə cəfəri (xırda doğranmış)
2 diş sarımsaq (əzilmiş)
Duz, qara bibər, qırmızı bibər (zövqə görə)
1 yemək qaşığı tomat pastası

Hazırlanması:
1. Xəmiri hazırlamaq üçün un, maya, duz, şəkər, su və yağı qarışdırın. Yumşaq xəmir yoğurun, örtüb 30-45 dəqiqə dincə qoyun.
2. İçlik üçün bütün ərzaqları bir qaba əlavə edin və yaxşıca qarışdırın.
3. Xəmirdən kiçik kündələr düzəldin, nazik yayıb üzərinə içlikdən yayın.
4. “Əvvəldən isidilmiş sobada (200°C) 10-12 dəqiqə bişirin.

Nuş olsun!

Tamilla Manaf


media-adspc

Bənzər xəbərlər