Mayis Yanardağın xatirəsinə!
Bu gün yazıçı-publisist Mayis Yanardağın (Mayis Vəliyev) vəfatından bir il ötür. Onun haqqında keçmiş zamanda danışmaq qəribə səslənsədə (ölüm haqqdır) mənim üçün çox çətindi. Elə hey 80 min getmişəm deyən çinar boylu, ağ saçlı, müdrik fikirləri ilə həmişə xatırlanan Mayis müəllimin bu dünyadakı məqamı sanki boşdu.

Gündəm, eyni zamanda taleyüklü dünya və milli məsələləri hər an düşünürdü, hətta deyərdim ciddi narahat edirdi. Eyni rayonda (Qubadlıda) doğulub, eyni yaşayıb, eyni əmək faəliyyətində olsamda – gəncliyimdə Mayis müəllimi tanısamda onunla hec vaxt söhbət imkanım olmamışdı. Ötən əsrin 90-cı illərindən başlayaraq məskunlaşdlğımız Sumqayıt şəhərində onunla bir ortamda çoxsaylı görüşlərimiz eləbil dünən idi. Köçkün adını heç vaxt qəbul etmədi. Çox maraqlı tarixi söhbətləri, problemli məsələlərə toxunurdu, bütün mövzularda Onun nə qədər savadlı hazırcavab olduğunun şahidiyəm.

Sonralar biz tez-tez görüşürdük çünki onun hər kəlməsində bir hikmət var idi. Özünə və həm söhbətinə qarşı çox diqqətçil idi, həmişə ölkəmizin uğurları və mövcud problemlərindən danışar və çıxış yolunuda açıqlayardı. Mən sağlığında yazmışdım ki, yaşımın bu ixtiyar zamanında Mayis Yanardağdan hələ çox öyrənməliyəm. Xüsusən gənclər haqqında vətənpərvərlik mövzusunda əla analizləri diqqətimi çəkirdi. Onda həyat eşqi təsəvvürə gətirilməz dərəcədə yüksək idi. Alicənablığı intellekti də öz yerində olan şəxsiyyət idi. Həmişə bir sual düşündürürdü – Niyə gəldim bu dünyaya?

Çox vaxt Milli Elmlər Akademiyasının alim heyəti ilə bir çox məsələlər barəsində fikir mübadiləsi apadığının şahidi oldum. Hazırcavab olduğundan çox insanlar onunla söhbətində daha ehtiyatlı davaranmaq məcburiyyətində qalırdı. İstər keçmişə istərsədə müasir dövrə obyektiv siyasi qiymət bacarığına heyran qalmamaq mümkün deyildi. Daimi olaraq məhşurları mütailə edirdi. Ən müsbət cəhətlərindən biridə ailəsinə qarşı çox həssas və diqqətcil idi səliqə səhmanıda hər zaman öz yerində.

Bir sözlə, sabaha ümidi, vətəni qorumaq instikti güclü idi. Dünyalar qədər sevdiyi Qarabağ, Şərqi Zəngəzur və doğma Qubadlı rayonu işğaldan azad olunandan sonra qanad qaldırıb uçmaq istiyirdi. Çox şükür ki, daim Azərbaycan Radiosun efirindən nikbin sonluqla tamamladığı radioreportajları kimi suveran və güclü Azərbaycanı dünya gözü ilə gördü.

Ruhun şad olsun Ulu Kişi !
Nəhmət BAYRAMOV,
Qarabağ və Əmək veteranı









