media-220519

Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə, siyasətçini 33 milyon qrivna girov müqabilində, elektron qolbaq taxmaqla ev dustaqlığına buraxıb, pasportunu təhvil verməsi tələb olunub.

ERAmedia xəbər verir ki, bu barədə Telegram kanalı “Novosti.LIVE” məlumat yayıb.

Xatırladaq ki, Timoşenko əvvəllər növbəti beş ilin Ukraynanın son ili olacağını bildirmişdi. Siyasətçinin sözlərinə görə, respublikaya yalnız “gerb, bayraq, himn və dünyanın hər yerinə səpələnmiş insanlar” qalacaq.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər