media-whatsapp-image-2026-09-07-at-11-05-32

Şəhid jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin ailəsi ilə birlikdə çəkdirdiyi foto diqqət çəkib.

ERAmedia xəbər verir ki, fotoda Alı Mustafayev həyat yoldaşı Lalə xanım və üç oğlu ilə birlikdə əks olunub.

Səmimi ailə görüntüsündə Alı Mustafayevin övladlarından birini qucağında saxladığı, digər iki oğlunun isə ailənin yanında olduğu görünür.

Qeyd edək ki, Alı Mustafayev Azərbaycan jurnalistikasının tanınmış nümayəndələrindən biri olub. O, Birinci Qarabağ müharibəsi zamanı peşə fəaliyyətini davam etdirib və 1991-ci ildə şəhid olub. ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər