Moldovada MDB müqavilələrindən çıxma proseduru başladı
MDB (Müstəqil Dövlətlər Birliyi) İcraiyyə Komitəsi Moldovanın birliyin əsas müqavilələrindən çıxması ilə bağlı müraciətini alıb.
ERAmedia-nın TASS-a istinadən xəbərinə görə, bu barədə MDB-nin baş katibi Sergey Lebedev “Müstəqil Dövlətlər Birliyinin 35 ili: nəticələr, məqsədlər və perspektivlər” mövzusunda dəyirmi masa müzakirəsi zamanı məlumat verib.
“Moldova bizə məlumat verib. Biz proseduru işə saldıq. Bu, tam bir il davam edəcək. Lakin həmçinin Kişinyov MDB-nin iqtisadi əməkdaşlığında qalmaq istəyini də ifadə edib”, – deyə Lebedev bildirib.
Qeyd edək ki, daha əvvəl Moldovanın MDB-nin əsas müqavilələrindən – birliyin yaradılması, Nizamnamə və Alma-Ata Bəyannaməsindən çıxmaq qərarı Prezident Maya Sandu tərəfindən təsdiqlənib və qüvvəyə minib. Kişineu sonradan bu barədə MDB İcraiyyə Komitəsinə məlumat verib.









