media-gettyimages_2198995749_d54238523a4e011b822b200b2749a6df_1300x820

Çernobıl Atom Elektrik Stansiyası (AES) xarici elektrik təchizatını itirib.

ERAmedia xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatında bildirilir.

MAQATE-nin məlumatına görə, “genişmiqyaslı hərbi əməliyyatlar” Ukraynada nüvə obyektlərini elektriklə təmin edən bir neçə yarımstansiyaya ziyan vurub. Bildirilir ki, nəticədə Çernobıl AES tamamilə işıqsız qalıb, həmçinin Ukraynadakı digər atom elektrik stansiyalarına gedən elektrik ötürücü xətlər də zərər görüb. Bunu MAQATE-nin baş direktoru Rafael Qrossi açıqlayıb.

“MAQATE vəziyyətin inkişafını diqqətlə izləyir ki, bunun nüvə təhlükəsizliyinə təsirini qiymətləndirə bilsin”, – deyə agentliyin baş direktoru əlavə edib.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər