Nonses: rusiyalı diplomat İrandakı qətllərə görə ABŞ-ı ittiham etdi
Rusiya İran xalqı ilə həmrəyliyini ifadə edir, etirazların qurbanlarına yas tutur və ABŞ-ı İslam Respublikasına təzyiqləri dayandırmağa çağırır.
ERAmedia xəbər verir ki, nonses sayıla biləcək bu ittihamı Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
Diplomat vurğulayıb ki, Vaşinqtonun Tehrana qarşı aqressiv kursu, hərbi müdaxilə təhdidləri və Prezident Trampın hazırkı hökuməti devirmək çağırışları beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Bundan əlavə, ABŞ-ın küçə etirazlarından istifadə etməklə hərəkətlərini haqlı çıxarmaq cəhdləri ciddi nəzarətə tab gətirmir- mitinqlər iğtişaşlara və qırğınlara çevrilib, hüquq-mühafizə orqanlarının əməkdaşları, mülki şəxslər öldürülüb.
Ural Dəyirmançı










