O Doğum Evi 9 körpənin ölümü səbəbindən müvəqqəti bağlandı
Rusiya Federasiyasındakı Kuzbass şəhər məhkəməsi Novokuznetsk 1 nömrəli Şəhər Klinik Xəstəxanasını sanitariya və epidemioloji qaydaları pozmaqda günahkar bilib və xəstəxananın mamaçalıq şöbəsi 90 gün müddətinə dayandırılıb.
ERAmedia xəbər verir ki, Kemerovo Vilayət məhkəməsinin mətbuat xidməti xəstəxana nümayəndəsinin hüquqi şəxsin günahını etiraf etdiyini bildirib. Nətbuat xidməti həmçinin bildirilib ki, pozuntular “sanitariya qanunvericiliyinə və insan sağlamlığı üçün təhlükəsizliyin təmin edilməməsindən” ibarətdir.
Xatırladaq ki, 4-12 yanvar tarixlərində Novokuznetsk 1 nömrəli Doğum Evində doqquz körpə ölüb. Novokuznetsk 1 nömrəli Şəhər Klinik Xəstəxanasının baş həkimi və yeni doğulmuşların reanimasiya şöbəsinin müdiri vəzifəsini icra edən şəxs saxlanılıb.
Onlar səhlənkarlıqda (Cinayət Məcəlləsinin 293-cü maddəsinin 3-cü hissəsi) və səhlənkarlıqdan ölümə səbəb olmaqda (Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi) şübhəli bilinirlər. Regional Səhiyyə Nazirliyi ölən uşaqların uşaqlıqdaxili infeksiyaya yoluxduğunu bildirib.
Ural Dəyirmançı









