Özəl qərargah binasından çıxarıldı
Kamal Kılıçdaroğlunun tələbi ilə partiyanın keçmiş sədri Özgür Özel və tərəfdarları CHP mərkəzi qərargahından çıxarılıb.
ERAmedia Türkiyə mediasına istinadən xəbər verir ki, Özgür Özel partiya qərargahı qarşısında tərəfdarlarına müraciətdə deyib ki, bu gün CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlar.
Xatırladaq ki, mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.










