Panamada güclü zəlzələ baş verib
Panamada 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
ERAmedia xəbər verir ki, bu barədə Panama Universitetinin Geologiya Elmləri İnstitutu bildirib.
Məlumata görə, yeraltı təkanların episentri Zona şəhərindən 32 kilometr cənub-qərbdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, oktyabrın 9-da Panamada 7,6 maqnitudalı zəlzələ baş vermiş, nəticədə bəzi binalara və infrastruktura ziyan dəymişdi. Həmin hadisə zamanı tələfat qeydə alınmamışdı.









