İqtisadiyyat üzrə Nobel mükafatını onlar alıb
Amerikalı iqtisadçılar Robert Holl və Maykl Vudford Alfred Nobelin xatirəsinə İsveç Dövlət Bankının İqtisadi Elmlər üzrə mükafatına layiq görülüblər.
ERAmedia xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyasının İqtisadiyyat üzrə Nobel Komitəsi məlumat yayıb.
Məlumata görə, laureatlar “makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarına görə” mükafata layiq görülüblər.
Qeyd edək ki, Nobel mükafatı 6 kateqoriya üzrə təqdim edilir. 2026-cı ildə amerikalı Karl Daysserot, həmçinin alman alimlər Peter Hegemann və Georg Nagel fiziologiya və ya tibb üzrə, Belçika-ABŞ fiziki Frensis Halzen fizika üzrə, fransalı Anri Kaqan və yaponiyalı Kenso Soay isəm kimya üzrə, kanadalı şair və yazıçı Enn Karson ədəbiyyat üzrə, CAR-dan olan hüquqşünas və insan hüquqları müdafiəçisi Navanethem “Navi” Pillay sülh üzrə Nobel mükafatına layiq görülüblər.









