Paşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki – Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb.
ERAmedia xəbər verir ki, Paşinyan bu haqda sosial media hesabında yazıb.
“Məmnuniyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dəmir yolu kimi Axalkalaki-Qars dəmir yolu da Ermənistana ixrac və Ermənistandan idxal üçün açılıb. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Mən türk və gürcü tərəfdaşlarımıza minnətdaram.
P.S: Bu gün Ermənistanın Gürcüstan və Azərbaycan ərazisindən Rusiya ilə, daha sonra isə Rusiya və Qazaxıstan ərazisindən keçməklə Çinlə dəmir yolu əlaqəsi var. İndi o, həm də Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa İttifaqının yanındadır. Yaxın gələcəkdə Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan, daha sonra isə Naxçıvandan keçən Ermənistan-İran dəmir yolunun açılışı bu hadisələrin nəticəsi olacaq. Biz TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq”, – Paşinyan qeyd edib.









