media-6y0clc4rifvlus64xs3csxpzydb3urfnhor4cr27_1200

Portuqaliya Xarici İşlər Nazirliyi (XİN) ölkənin İrandakı səfirliyinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.

 ERAmedia xəbər verir ki, məlumat SAPO agentliyinə istinadən verilib.

Portuqaliya XİN bu addımı regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətin mürəkkəbləşməsi ilə əsaslandırıb. Rəhbərlik riskləri qiymətləndirib və belə qənaətə gəlib ki, İranda yaranan mövcud vəziyyət xarici ölkə vətəndaşları üçün ciddi təhlükə yaradır.

Portuqaliya hakimiyyəti həmçinin İranda olan vətəndaşlarına ölkəni tərk etməyi, qalmaq istəyənlərə ehtiyatlı olmağı, İrana səfər etməyi planlaşdıranlara isə bu səyahətdən çəkinməyi tövsiyə edib.


media-adspc

Bənzər xəbərlər